Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Zeynal Nağdəliyev təqdimatda çıxış edərək, dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
E.Paşayev ona göstərilən etimada görə dövlət başçısına minnətdarlığını bildirib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

