Son günlər sosial şəbəkələrdə yayılan bir video izləyiciləri şoka salıb. Kadrlar guya Jessica Radcliffe adlı dəniz parkı təlimçisinin, 11 il qulluq etdiyi qatıl balina tərəfindən hücuma məruz qalmasını göstərir. Emosional və təsirli görüntülər bir çox insanı inandırsa da, aparılan araşdırmalar tamam fərqli mənzərə ortaya qoyur.
Məsələ burasındadır ki, bu hadisə reallığı əks etdirmir. Jessica Radcliffe sağlam və hazırda da işinə davam edir. Videodakı kadrlar montajlanmış, süni şəkildə hazırlanmış saxta materialdır. Sosial mediada sensasiya yaratmaq məqsədilə belə saxta xəbərlərin yayılması artıq adi hal alıb.
Qatil balinalar, yəni kosatkalar, təbiətdə güclü yırtıcılar kimi tanınsa da, insanlara qarşı hücum hallarına nadir rast gəlinir. Xüsusilə öyrədilmiş və təlim keçmiş balinalar, adətən, təlimçiləri ilə ahəngdar şəkildə işləyirlər və təhlükəsiz hesab olunurlar.
Bu kimi xəbərlərə inanarkən diqqətli olun. Etibarlı və dəqiq məlumat almaq üçün mənbələri yoxlayın. Sosial mediada gördüyünüz hər xəbərə dərhal inanmayın. Həqiqəti öyrənmək istəyirsinizsə, gözünüz bizdə olsun – biz sizə yalnız dəqiq və təsdiqlənmiş məlumatlar təqdim edirik.
Səidə Əlimədətqızı
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin