UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” hər iki oyunda “Shelbourne” (İrlandiya) üzərində qələbə qazanaraq növbəti raunda vəsiqə əldə edib.
Bakıda baş tutan cavab qarşılaşmasında “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda isə Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki görüşün nəticəsinə əsasən ümumi hesab 4:0 “Qarabağ”ın xeyrinə olub.
Qurban Qurbanovun komandası növbəti mərhələdə Şimali Makedoniya təmsilçisi “Shkendija” ilə Rumıniyanın “FCSB” klubu arasında keçiriləcək cütün qalibi ilə üz-üzə gələcək.
Ağdam klubu bu nəticə ilə ardıcıl olaraq avrokuboklarda uğurlu çıxışını davam etdirir və Çempionlar Liqasının qrup mərhələsinə bir addım da yaxınlaşıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

