UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri bu gün saat 15:00-da satışa çıxıb.Yenifikir.media bildirir ki,online bilet satışı zamanı yaranan çətinliklərlə bağlı aparıcı Amil Xəlil “Facebook” hesabında narazılığını ifadə edib. O, paylaşımında “Sadəcə rəzalətdir! Bu oyun niyə Olimpiya Stadionunda keçirilmir? Tamaşaçılar bilet almaq üçün böyük əziyyət çəkirlər. Böyük stadionun səs-küyü və ab-havası isə bu oyuna daha çox yaraşardı. Tıxac və digər problemlər başa düşüləndir, amma belə oyunlar ildə bir dəfə olur”, – sözlərini yazıb.

Qeyd edək ki, standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50 və 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektor üçün isə 1000 manatdır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir