Qara dənizdə Türkiyə sahillərinə yaxın məsafədə VIRAT tankerinə zərbə dəyib. Ekipaj üzvlərinə zərər dəyməyib, hadisə yerinə xilasedicilər göndərilib.
Qeyd edək ki,əvvəl Novorossiyskə gedən Kairos tankeri Türkiyə sahillərindən 28 mil məsafədə yanmışdı. Yanğın dəniz minasının partlaması nəticəsində baş verib. Hadisə zamanı 25 ekipaj üzvü təxliyə olunub.
Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, Rusiya vətəndaşları tankerdə olmayıb, ekipajın Hindistan vətəndaşlarından ibarət olduğu ehtimal edilir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

