Trendyol Super Liqası və Çempionlar Liqasında uğurlu çıxışını davam etdirən Qalatasaray, heyətini gücləndirmək məqsədilə “Monako”nun 26 yaşlı qanalı müdafiəçisi Mohammed Salisunun transferini planlaşdırır. Klub futbolçu üçün 10 milyon avro dəyərində təklif hazırlayır.

Yenifikir.media xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Salisunun çoxşaxəli oyun tərzi baş məşqçi Okan Burukun müdafiədə axtardığı profilə tam uyğundur.

1,88 metr boyu olan futbolçunun “Monako” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Bu mövsüm 8 oyuna çıxan Salisu 1 qol vurub.

Klub prezidenti Dursun Özbek və baş məşqçi Okan Buruk qış transfer dönəmi üçün qəti qərara gəliblər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir