Fernando Musleradan sonra qapıçı axtarışlarını davam etdirən “Qalatasaray” Mançester Siti-dən Ederson və PSJ-dən Donnarumma ilə danışıqlar aparsa da, Con Viktorla maraqlanır. Bu barədə italyan jurnalist Fabrizio Romano məlumat yayıb.
“Qalatasaray” rəsmisi Abdullah Kavukçu mətbuat konfransında “adı açıqlanmayan daha 3 qapıçı ilə maraqlanırıq”, – deyə bildirib.
Sarı-qırmızılıların maraq göstərdiyi Con Viktora “Mançester Yunayted”, “Vest Hem” və “Everton” da elçi düşüb.
Qeyd edək ki, brazilyalı qapıçının qiyməti 8 milyon avrodur .
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin