Qətərin sabiq baş naziri Şeyx Həməd bin Casim Al Sani Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın iştirakı ilə strateji müdafiə ittifaqının yaradılmasını təklif edib. O, bunu dəyişən regional və beynəlxalq şərait fonunda “təcili ehtiyac” adlandırıb. Al Sani bildirib ki, ittifaq regionun təhlükəsizliyini və sabitliyini gücləndirməyə xidmət etməlidir. Onun sözlərinə görə, bu təşəbbüs Qərb ölkələrinin, xüsusilə ABŞ-ın siyasətindəki dəyişikliklərə qarşı kollektiv gücü artırmaq məqsədi daşıyır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

