Qətər ABŞ və Venesuela arasındakı böhranı həll etməkdə vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.
Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd ibn Əbdül Rəhman Əl-Tani deyib ki, bu istiqamətdə hələlik konkret addım atılmayıb.
Yenifikir.media bildirir ki,Qətər Bayden administrasiyası dövründə ABŞ-la əməkdaşlıq edərək bir neçə amerikalı vətəndaşın azad olunmasına kömək edib və Trampın administrasiyası ilə də əlaqələri bərpa edib.
Qeyd edək ki, The New York Times bildirir ki, Karakas Dohanın səylərini dəstəkləyir, amma Vaşinqton böhranı diplomatik yox, hərbi yolla həll etmək istəyir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

