Almaniya kansleri Fridrix Mers bildirib ki, Qərb ölkələrinin daha sərt iqtisadi sanksiyalar tətbiq etməsi Moskva üzərində təzyiqi artıra bilər və “bu proses yalnız ABŞ-ın fəal dəstəyi ilə nəticə verə bilər”.
O, həmçinin bəyan edib ki, atəşkəs əldə olunmadan Ukraynaya sülhməramlı qüvvə göndərilməsi gündəmdə deyil:
“Atəşkəs baş verməyincə Ukraynaya heç bir halda hərbi qüvvə göndərilməyəcək. Bir çox suala yalnız bundan sonra cavab tapmaq mümkün olacaq”.
Mersin sözlərinə görə, yekun qərarı Almaniya parlamenti qəbul etməlidir:
“O zaman Rusiya ilə əldə olunacaq razılaşmanın şərtlərini diqqətlə nəzərdən keçirməliyik. Bu, Rusiyaya qarşı yox, yalnız Rusiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər. Qarşıda aradan qaldırılması vacib olan ciddi maneələr var”.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

