Xəbər verdiyimiz kimi Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Zirvə görüşündə rəsmi qonaqlar arasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Macarıstanın Baş naziri Viktor Orban da yer alır. Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidenti Ersin Tatar ölkənin elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər, Viktor Orban isə mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər tərəfindən qarşılanıb. Qeyd edək ki, ali qonaqların şərəfinə Qəbələdə fəxri qarovul dəstəsi düzülüb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir