Avropa İttifaqının Ali Nümayəndəsi Kaja Kallas Avropa Parlamentində bildirib ki, Moskva yalnız təzyiq altında geri çəkiləcək: “Putinin sülhlə marağı yoxdur.”

Onun sözlərinə görə, 2022-dən bəri Ukraynaya 169 milyard avro dəstək göstərilib, bunun 63 milyardı hərbi yardımdır. Bu il 25 milyard avro ayrılıb, sursat hədəfi isə oktyabrda tamamlanacaq. Aİ həmçinin dondurulmuş Rusiya aktivlərini Ukrayna müdafiəsinə yönəldib, 18 sanksiya paketi qəbul olunub, 19-cu hazırlıq mərhələsindədir.

Kallas qeyd edib ki, Rusiya 450 milyard dollardan, o cümlədən 154 milyard dollar neft gəlirindən məhrum olub. O, Ukraynaya təhlükəsizlik zəmanətinin Qərbin ortaq mövqeyi olduğunu vurğulayıb və əlavə edib: “Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir.”

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir