Rusiya Prezidenti Vladimir Putinin son çıxışı onun sağlamlığı barədə yenidən müzakirələrə səbəb olub. Kremldə keçirilən mətbuat konfransında Putinin sağ əlində şişkinlik və damarların qabarması görünüb. Prezidentin tez-tez sağ əlini sol əli ilə gizlətməsi “iynə izlərini ört-basdır edir” iddialarını artırıb.

Qərb kəşfiyyat mənbələri bildirir ki, Putin uzun müddətdir xərçəng və ya parkinson kimi xəstəliklərlə mübarizə aparır. Keçmiş britaniyalı casus Kristofer Stil deyib: “Putin daim həkim nəzarətindədir və vəziyyəti pisləşir.”

Ukraynalı siyasətçi Anton Geraşçenko da “Putinin əlləri şişib, damarları aydın görünür” deyə bildirib.

Yenifikir.media xarici mətbuata istinadən yazır ki, bu iddialar yeni deyil. Daha əvvəl də Putinin əl titrəməsi və dərisindəki ləkələr “Parkinson” xəstəliyi barədə söz-söhbətlərə səbəb olmuşdu. Kreml isə hələ də rəsmi açıqlama verməyib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir