Rusiya prezidenti Vladimir Putin bu ilin sonuna qədər Hindistana səfər edəcək. Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, artıq səfərə hazırlıq gedir.

“Səfər Yeni ildən əvvəl baş tutacaq, aktiv hazırlıqlar aparılır”, – Peskov deyib.

Onun sözlərinə görə, Rusiya və Hindistan nümayəndə heyətləri arasında danışıqlar substantiv olacaq. Kremlin sözçüsü, həmçinin Moskva ilə Yeni Dehli arasındakı münasibətləri dostluq və strateji baxımdan vacib adlandırıb.

Hindistan mediası səfərin dekabrın 5-6-da baş tutacağını yazıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir