Rusiya Prezidenti Vladimir Putin Valam adasında Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib ki, Rusiya-Ukrayna müzakirələri vacibdir, amma açıq şəkildə deyil, sakit və detallı şəkildə aparılmalıdır. O, Ukraynaya üç işçi qrup təklif edildiyini və bunun müsbət qarşılandığını deyib.
Putin daha sonra bildirib ki, hədəfləri dəyişməyib — təhlükəsizlik və münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır. Ukraynanın “ümumi Avropa təhlükəsizliyi” yanaşmasını doğru hesab etdiyini bildirib.O, həmçinin Ukraynada rus dili və pravoslav kilsəsinə qarşı problemlərin də kompleks şəkildə həll olunmalı olduğunu vurğulayıb.
Zelenskinin “Rusiya ilə danışıqların mənası yoxdur” fikrinə cavab olaraq Putin deyib: “Gözləmək istəyirlərsə, biz də gözləyərik.” O, Rusiyanın legitim hakimiyyətə sahib olduğunu, lakin Ukrayna rəhbərliyinin konstitusiyaya uyğun formalaşmadığını əlavə edib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin