Rusiya Prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, Zelenski Moskvaya gələ bilər, lakin indiki mərhələdə bunun mənası yoxdur.Yenifikir.media bildirir ki, Putin Rusiya-Ukrayna münaqişəsi və NATO-AB məsələlərinə də toxunub:
Rusiya Ukraynanın NATO üzvlüyünə qarşıdır, AB üzvlüyünə isə etiraz etmir.
Ukraynanın təhlükəsizliyi Rusiya təhlükəsizliyi bahasına təmin edilə bilməz.
2022-ci ildə cənub-şərq əhalisinin istəklərinə hörmət göstərməyi təklif edilmişdi; qoşunlar çıxarılsaydı münaqişə dərhal bitəcəkdi.
Putin bildirib ki, Rusiya torpaq üçün deyil, insan hüquqları və yerli mədəniyyəti qorumaq üçün mübarizə aparır.
O əlavə edib ki, münaqişəni sona çatdırmaq üçün razılaşdırıla biləcək yol hələ mövcuddur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

