Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Donald Trampın Alyaskada keçiriləcək görüşü planlaşdırılmış tədbirlər səbəbindən təxminən 6-7 saat davam edəcək.

Onun sözlərinə görə, əvvəlcə liderlər təkbətək, köməkçilərin iştirakı ilə görüşəcəklər. Sonra nümayəndə heyətləri ilə danışıqlar, işçi nahar, bir müddətlik fasilə və birgə mətbuat konfransı olacaq.

Görüş 15 avqustda Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında keçiriləcək. Prezidentlər əsasən Ukrayna münaqişəsinin həlli və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir