Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Kremlin açıqlamasına görə, tərəflər Ukrayna ətrafında yaranmış son vəziyyəti müzakirə edib. Rusiya tərəfi İstanbulda keçirilən Rusiya–Ukrayna danışıqlarına Ankaranın dəstəyini məmnunluqla qeyd edib.

Putin həmçinin ABŞ prezidenti Donald Trampla Alyaskanın Ankoric şəhərində keçirilmiş sammitlə bağlı öz qiymətləndirmələrini türk həmkarı ilə bölüşüb. Danışıqların növbəti raundunda daha yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı da müzakirə mövzusu olub.

Bundan əlavə, liderlər Rusiya–Türkiyə ikitərəfli münasibətlərinə, xüsusilə ticarət və investisiya sahəsində əməkdaşlığa toxunublar. Prezidentlər şəxsi təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, bu telefon danışığı Putinin Alyaskadan qayıtdıqdan sonra apardığı bir sıra beynəlxalq təmasların davamı olub. Rusiya lideri 15 avqustda Ankoricdə ABŞ prezidenti ilə görüşdən öncə də bir sıra dövlət başçıları ilə danışıq aparmışdı. Lakin sammitədək Ərdoğana zəng etməmişdi. Əvəzində Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı ilə əlaqə saxlamış, Ərdoğan isə Kiyev üzrə sammiti qəbul etməyə hazır olduğunu bəyan etmişdi.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir