Rusiya Prezidenti Vladimir Putin Bişkekdəki KTMT Zirvəsində çıxış edərək Qərbi müharibəni “son ukraynalıya qədər” uzatmaqda ittiham edib.
Putin Ukrayna ordusunun şərqdəki mövqelərdən geri çəkilmədiyi təqdirdə Rusiya hədəflərinə hərbi yolla çatacağını bildirib. O, Kiyev rəhbərliyinin legitimliyini itirdiyini, anlaşma imzalamanın mənasız olduğunu əlavə edib.
Rusiya ordusunun cəbhədə irəlilədiyini vurğulayan Putin, Pokrovsk və Mirnoqrad şəhərlərinin artıq mühasirədə olduğunu, Ukraynanın oktyabr ayında 47 min hərbçi itirdiyini qeyd edib.
Avropaya hücum iddialarını “yalan” adlandıran Putin, AB-nin dondurulmuş rus aktivlərinə cavab hazırladıqlarını açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


