Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Rusiya arasında münasibətlərdə heç bir böhran olmadığını açıqlayıb. O bildirib ki, baş verənlər daha çox emosional gərginlikdir və dövlətlərarası əlaqələrə təsir etməyib.
Yenifikir.media-nın xarici mətbuata istinadla xəbər verdiyinə görə, Putin jurnalist Alexander Yunashevin sualına cavab olaraq qeyd edib ki, ticarət və iqtisadi əlaqələr artmağa davam edib, buna görə də “həqiqi böhran”dan söhbət gedə bilməz. “Bu, daha çox emosiyaların böhranıdır. Çünki biz çox ağır və faciəli hadisə ilə üzləşdik — təyyarə qəzası və sərnişinlərin ölümü”, — deyə o əlavə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

