Rusiya prezident Vladimir Putin süni intellektin gündəlik həyatda roluna həsr olunmuş sərgidə iştirak edib. Sərgidə ona “AI 4 Sport” platforması təqdim olunub. Bu sistem idman yarışlarında, o cümlədən futbol oyunlarında hakim qərarlarının daha obyektiv olmasına imkan verir.
“Futbolda da məsələlər var. Azarkeşlər daim hakimliyin keyfiyyətinə diqqət yetirirlər”, — deyə Putin vurğulayıb.
Rusiya lideri hesab edir ki, süni intellektin tətbiqi idmanı daha şəffaf, maraqlı və ədalətli edir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

