Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb ki, prezident Vladimir Putin sosial şəbəkələrdə şəxsi hesab yaratmağı düşünmür. Onun sözlərinə görə, bu, Putinin üslubuna uyğun deyil.
Prezident sosial şəbəkələrdəki prosesləri administrasiyanın hazırladığı məlumat xülasələri və yaxınlarının paylaşdıqları materiallar vasitəsilə izləyir.
Putinə dair rəsmi xəbərlər Kremlin Max, Telegram, “VKontakte”, Rutube və YouTube səhifələrində yayımlanır.
Xatırladaq ki, Putin son çıxışında Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiyaya birləşməsinin ildönümünü “tarixi hadisə” adlandırıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin