Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlmana ikitərəfli münasibətlərlə bağlı məktub göndərib.
Yenifikir.media bildirir ki, məktub Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Sergey Kozlov tərəfindən xarici işlər nazirinin müavini Əbdülrəhman ər-Rassiyə təqdim edilib.
Görüşdə Moskva ilə Ər-Riyad arasındakı münasibətlər və onların inkişaf perspektivləri müzakirə olunub. Avqustun 19-da tərəflər telefon danışığı zamanı OPEC+ əməkdaşlığını və qlobal enerji bazarındakı sabitliyi də qiymətləndirmişdilər.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin