Putindən nüvə sınağı göstərişi
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında ölkənin nüvə sınaqlarına hazır olması barədə göstəriş verib.
Yenifikir.media bildirir ki, Kremlində verilən məlumata əsasən, iclasda Müdafiə Naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və digər yüksək vəzifəli rəsmilər iştirak edib.
Putin bildirib ki, Rusiya “Nüvə Sınaqlarının Qadağan Edilməsi haqqında” Müqaviləyə sadiq qalır, lakin ABŞ və digər ölkələr sınaq keçirsə, Moskva da cavab verəcək.
Putin aidiyyəti qurumlara əlavə məlumat toplamaq və mümkün sınaqlara hazırlıqla bağlı təkliflər hazırlamağı tapşırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

