Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın Qrelandiya üzərində iddialarına münasibət bildirib. Putin deyib ki, əsas məsələ Qrelandiyanı hər halda kəşf etməyə davam etməkdir. O əlavə edib ki, Şimal bölgələri Rusiyanın torpaqlarının 70%-ni təşkil edir və bu çox önəmlidir.
Putin bu açıqlamanı Moskva Fizika və Texnologiya İnstitutunun 75 illik yubileyi zamanı tələbələrlə görüşdə verib. O, həmçinin mütəxəssislərin Qrelandiya və qlobal iqlimin gələcəkdə necə dəyişəcəyi barədə fərqli fikirlər irəli sürdüyünü bildirib: bəziləri istiləşmənin davam etdiyini, bəziləri isə artıq soyumağın başladığını düşünür.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

