Rusiya Prezidenti Vladimir Putin Qərbin və Ukrayna tərəfinin danışıqlardan imtina edəcəyi təqdirdə Moskvanın hərbi addımlar atacağını bildirib.Yenifikir.media xəbər verir ki, Putin Rusiya Müdafiə Nazirliyinin Kollegiyasının iclasında çıxışı zamanı münaqişənin diplomatik yolla həllinə üstünlük verdiklərini deyib. Onun sözlərinə görə, bu yanaşma nəticə verməzsə, Rusiya “tarixi torpaqlarını” hərbi vasitələrlə geri alacaq.

Putin bildirib ki, bu il Ukraynada 300-dən çox yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib. O, təhlükəsizlik məqsədilə tampon zonanın yaradılmasının da gündəmdə olduğunu qeyd edib.

Rusiya lideri ABŞ-ın əvvəlki administrasiyasını və Avropa ölkələrini tənqid edib, Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı iddiaları isə əsassız adlandırıb.

Putin həmçinin ilin sonuna qədər “Oreşnik” hipersəs raket sistemi yerləşdiriləcəyini və yeni silah növlərinin hazırlandığını açıqlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir