Rusiya Prezidenti Vladimir Putin Nobel Sülh Mükafatını tənqid edib. O bildirib ki, komitə bəzən barışa heç bir töhfəsi olmayan insanları mükafatlandırıb, amma ad çəkməyib. Trumpın isə illərlə böhranları həll etmək üçün çox çalışdığını vurğulayıb.
Putin Yaxın Şərq və Ukraynadakı vasitəçilik səylərini xatırladaraq Trumpın səylərinin səmimi olduğunu deyib: “Bəzi işlərdə müvəffəq olduq, bəzilərində olmadıq. Amma görüşlər hələ də nəticə verə bilər. Trump həqiqətən çalışır.” Putin əlavə edib ki, Nobel Komitəsinin səhv qərarları mükafatın nüfuzuna zərər verib. Qeyd edək ki, Putin bu açıqlamanı Tacikistanın Düşənbə şəhərində, MDB liderlərinin zirvəsində verib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

