Rusiya Prezidenti Vladimir Putin NATO Baş Katibi Mark Rutte’nin Rusiyaya qarşı müharibəyə hazırlaşmaq çağırışlarını tənqid edib. O, ABŞ-ın Rusiyanı düşmən hesab etmədiyini xatırladaraq, NATO-nun mövqeyini sual altına alıb.Putin Avropaya hücum etmək niyyətlərinin olmadığını bildirib və qarşılıqlı hörmət əsasında əməkdaşlığa hazır olduqlarını vurğulayıb. O, Kalininqrad bölgəsinə qarşı mümkün blokadaların genişmiqyaslı silahlı qarşıdurmaya səbəb ola biləcəyini xəbərdar edib.
Ukrayna müharibəsi barədə Putin, münaqişəni Rusiya başlamadığını qeyd edib. O, böhranın sülh yolu ilə həllinə hazır olduqlarını və ABŞ Prezidenti Donald Trampın təşəbbüslərini səmimi hesab etdiklərini söyləyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

