Rusiya Prezidenti Vladimir Putin Kremldə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarını qəbul edib.
Yenifikir.media Kremlin məlumatına istinadən xəbər ki, görüşdə həmçinin Rusiya XİN rəhbəri Sergey Lavrov, baş nazirin birinci müavini Denis Manturov və Hindistanın Rusiyadakı səfiri Vinay Kumar iştirak edib.
Xatırladaq ki, avqustun 18-də Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı apararaq ikitərəfli əməkdaşlığı müzakirə etmiş, onu Alyaskada keçirilən Rusiya–ABŞ sammitinin nəticələri barədə məlumatlandırmışdı. Avqustun 7-də isə Rusiya lideri Kremldə Modi-nin milli təhlükəsizlik müşaviri Acit Dovali qəbul etmişdi
Rail İbrahim
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin