Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib ki, yayda müşahidə olunan isti hava ölkənin enerji təminatı sisteminə əlavə yük yaradıb. Onun sözlərinə görə, belə hava Rusiyanın iqlimində nadir hallarda rast gəlinir və bu səbəbdən enerji şəbəkəsi pik yüklənmələrlə üzləşib.
Putin enerji naziri Sergey Tsivilyevdən mövcud vəziyyət barədə məlumat alıb. Nazir qeyd edib ki, şəbəkələrdə termovizorların köməyi ilə əlavə yoxlamalar aparılıb.
Bundan əvvəl Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand açıqlamışdı ki, qarşıdakı həftəsonu ölkənin böyük hissəsində temperatur iqlim normasını ötəcək. İstisna olaraq, Şimal-Qərb Federal Dairəsi və Uralın cənubunda göstəricilər normaya yaxın olacaq. Ən isti hava isə Krasnodar diyarı və Krımda gözlənilir – 30–35 dərəcə və daha yüksək.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

