Rusiya Prezidenti Vladimir Putin ilboyu çağırış tədbirlərinin keçirilməsinə imkan verən qanunu imzalayıb. Yeni qaydalara əsasən, tibbi müayinələr, psixoloji seçim və çağırış komissiyalarının iclasları artıq ilin bütün aylarında keçirilə biləcək. Sənəd rəsmi hüquqi aktların dərc olunduğu saytda yayımlanıb.
Eyni zamanda, hərbi xidmətə faktiki göndəriş müddətləri dəyişməz qalır – yaz çağırışı 1 aprel – 15 iyul, payız çağırışı isə 1 oktyabr – 31 dekabr tarixləri arasında keçiriləcək. Beləliklə, dəyişikliklər əsasən çağırış prosesinin təşkilinə aiddir.
Qeyd edək ki, bundan əvvəl Putin Silahlı Qüvvələrin ehtiyatında olan könüllülərin mühüm obyektlərin mühafizəsi üçün xüsusi toplanışlara cəlb edilməsinə icazə verən qanunu da imzalamışdı. Bu qayda yalnız könüllü müqavilə imzalayan şəxslərə şamil olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

