Rusiya Prezidenti Vladimir Putin süni intellektin yaxın 10–15 ildə dünyanı əsaslı şəkildə dəyişəcəyini bildirib. O, bu texnologiyanın həyatın bütün sahələrinə təsir edəcəyini vurğulayıb.Yenifikir.media bildirir ki,Putin Moskva Dövlət Şurasının iclasında çıxışında qeyd edib ki, insanlar orta səviyyəli işləri yerinə yetirərkən süni intellektin gətirəcəyi dəyişikliklərə hazır olmalıdır.Prezident həmçinin Rusiya qurumlarının bu sahədə işlərini sürətləndirməli olduğunu qeyd edib. O, yaxın illərdə pərakəndə ticarət, maliyyə və dövlət sektorundakı bəzi işlərin süni intellekt tərəfindən əvəz olunacağını əlavə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

