Cəmiyyətin həyatında təhsil önəmlidir. Təhsilin pullu olması əslində doğru deyil. Ancaq reallıq budur ki, pullu təhsil də var. Ancaq təhsil ocaqlarında təhsil haqları əsla insanların sosial vəziyyətinə, gəlirlərinə uyğun deyil. Həddən artıq yüksək təhsil haqqı valideynləri borca, kreditə məcbur edir, həyatını məşəqqətə çevirir. Getdikcə də bahalaşan təhsil haqları imkansız ailələri çətin vəziyyət salır. Pullu təhsil sistemini tədricən pulsuz təhsillə əvəzləmək lazımdır. Təhsil sistemi inkişaf etməli, alternativ yollar olmalıdır. Abituriyent imtahan verir, pullu təhsil ocağına düşür, valideynlərinin imkanı olmadığına, özünə də iş olmadığına görə imtina etməli olur. Ancaq təhsil sistemi elə qurulmalıdır ki, tələbə üçün alternativ çıxış yolları qoyulsun. Demək olar ki, bütün pullu təhsil ocaqlarında təhsilhaqqını bəri başdan bütöv tələb edirlər. Bu da çox ağır yükdür. Təsəvvür edək, bir ailədən 2 yaxud 3 nəfər pullu məktəbə düşübsə valideynləri bunu heç cürə ödəmək imkanına malik olmur. Evini, mülkünü satmağa məcbur olur. Çünki normal maaşlı iş yerləri yox dərəcəsindədir. Nadir adamlar var ki, qaneedici maaş alır. Təhsil haqları aşağı salınmalı, güzəştlər edilməlidir. Xarici ölkələrin demək olar ki, hamısında təhsilhaqqının bəri başdan hamısını tələb etmirlər. İlin əvvəlində yarısını, sonunda da qalan hissəni ödəmək qaydası var.

Sədaqət Əliyeva
Sosioloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir