Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor, tanınmış şair Mahirə Nağı qızı Hüseynovanın yaradıcılıq nümunələri ümumtəhsil məktəbləri üçün hazırlanmış Ədəbiyyat dərsliklərinə daxil edilib.
Yenifikir.media bildirir ki, şairin “Ana dilim” şeiri 6-cı sinif Ədəbiyyat dərsliyində, “Mənim çəkmələrim” əsəri isə 7-ci sinif rus bölməsi üzrə Ədəbiyyat dərsliyində yer alıb.
“Ana dilim” şeirində ana dili xalqın milli varlığının əsas dayaqlarından biri kimi 
“Mənim çəkmələrim” əsərində isə Qərbi Azərbaycan mövzusuna toxunulur, tarixi yaddaş, doğma torpaq və milli-mənəvi bağlılıq bədii şəkildə əks etdirilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin










