Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gizir Teymurov Pəncəli Nurməmməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki,Pəncəli Nurməmməd oğlu Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə B. Rüstəmov adına Asxanakəran tam orta məktəbində təhsil alıb. 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, kəşfiyyatçı ixtisasına yiyələnib və xidmətini Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində davam etdirib.

17 il ordu sıralarında xidmət edən gizir Teymurov yüksək peşəkarlığı və igidliyi ilə fərqlənib, bir sıra döyüş medalları ilə təltif olunub. 2015-ci ildə Kəlbəcər istiqamətində keçirilən xüsusi əməliyyatda göstərdiyi qəhrəmanlığa görə Prezidentin Sərəncamı ilə “İgidliyə görə” medalı alıb.

2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində rəşadətlə vuruşaraq son damla qanına qədər döyüşüb və qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Pəncəli Teymurov 1992-ci ildə Xocalı soyqırımını izlədikdən sonra düşməndən intiqam almağa and içmişdi və illər sonra bu andını şərəflə yerinə yetirmişdi. Onun qəhrəmanlığı 2020-ci ildə “Anamın kitabı” serialında da yad edilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir