Prezident cənab İlham Əliyevin Şərqi Zəngəzura növbəti səfəri və səfər çərçivəsində Cəbrayılın Horovlu, Zəngilanın Məmmədbəyli, Ağalı kəndlərinin sakinləri ilə görüşü, doğma evlərinə dönən soydaşlarımıza evlərin açarlarını təqdim etməsi “Böyük Qayıdış” proqramının növbəti mərhələsi kimi tarixə yazıldı. Doğma evlərinə dönən sakinlər həmin günü ikiqat sevinc ilə xatirələrində yaşadacaqlar.

32 ildən sonra öz yurd yerlərinə dönmələri bütün xalqımızı qalib dövlət səviyyəsinə ucaldan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə görüşmələri həyatlarında yeni xoşbəxt səhifənin başlanğıcı oldu. Bu qayıdış soydaşlarımızın öz torpaqlarına dönüşü ilə yanaşı Zəfərimizin, Qələbəmizin təntənəsi idi.

Əvvəllər 1500 əhalisi olan Horovlu kəndinin artıq 2000-dən çox sakini var. Kənddə 334 fərdi ev, məktəb binası, uşaq baxçası, tibb məntəqəsi tikilib və yeni iş yerləri yaradılıb sakinlərin istifadəsinə verilmişdir. Ölkə başçımızın da qeyd etdiyi kimi “Burada rahat, xöşbəxt həyat sürmək üçün bütün imkanlar var”.

Prezident cənab İlham Əliyev sakinlərlə görüşdə Cəbrayıl rayonunun iqtisadi inkişaf strategiyasını da açıqladı. Artıq “Araz Vadisi Sənaye Zonası” fəaliyyətdədir. Burada üç müəssisə fəaliyyət göstərir və yaxın vaxtlarda müəssisələrin sayı 20-yə çatdırılacaq.

Bu müəssisələrdə minlərlə soydaşımız işlə təmin olunacaq. Aqrar sahədə də böyük işlər görülür.

Sakinlərə həyatyanı sahələrlə yanaşı bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi, əkinçilik, heyvandarlıqla məşğul olmaları üçün də əlavə torpaqlar ayrılacaq.

Prezidentimiz çıxışında xüsusi olaraq vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurda bütün sakinlər işlə təmin olunacaq, işsizlik olmayacaq. Xalqımız qurub yaradan xalqdır. Torpaqlara qayıdan soydaşlarımız öz əməkləri ilə şəhər və kəndlərimizi daha da gözəlləşdirib inkişaf etdirəcəklər.

Prezident cənab İlham Əliyevin daxili siyasətinin əsasını Azərbaycan xalqının hər bir vətəndaşının azad, xöşbəxt, firavan həyat sürməsi təşkil edir. Xalqımız da ölkə başçımızın bu siyasətini hər zaman müdafiə edir və sadiqliyini nümayiş etdirir.

Dövlətimizi böyük Zəfərə çatdıran yol məhz iqtidar-xalq birliyidir. Xoşbəxt gələcəyimizin təməli olan Zəfərimiz və “Böyük Qayıdış”la Azərbaycan daha da güclənəcək.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir