Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini elə bir böyük zirvəyə qaldırıb ki, istər qlobal, istərsə də regional formatda yaradılmış təşkilatların tədbirlərinə ölkə başçımız dəvət olunur. Prezidentimizin müdrik siyasətinin, mükəmməl diplomatik bacarığının nəticəsidir ki, Azərbaycan sözün əsl mənasında qlobal dünyada söz və nüfuz sahibinə çevrilib. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən elə siyasət həyata keçirir ki, ölkəmizlə yanaşı, digər dövlətlər də böyük uğur və iqtisadi mənfəət əldə edir. Təsadüfi deyil ki, dünyanın böyük və güclü dövlətləri Azərbaycanı özlərinə dost, etibarlı tərəfdaş dövlət hesab edirlər. Bu baxımdan son illər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında dostluq əlaqələri olduqca mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, siyasi, iqtisadi amillərlə yanaşı ölkələrimiz arasında ortaq tariximiz, etnik, dil əlaqələrimiz, dini ənənələrimiz və mədəni dəyərlərimiz də mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7- ci Zirvə görüşünə dəvət olunması Mərkəzi Asiya dövlətlərinin ölkəmizə və onun Liderinə olan böyük hörmətin və dostluğun nümunəsidir. Tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əlaqələrin hər il getdikcə genişləndiyini vurğuladı. Ölkə başçımız çıxışında xüsusi olaraq Zəngəzur dəhlizinin açılmasından sonra tarixi dostluq əlaqələrinin daha da möhkəmlənəcəyini qeyd etdi. Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsi və mühüm arteriyası olacaq. Ümumiyyətlə Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirən ən səmərəli və qısa marşrut xəttidir, eyni zamanda bu dəhliz Çin-Qırğızıstan-Özbəkistan arasında tikilən dəmir yolu xəttinin məntiqi davamı olacaq ki, bu da Zəngəzur dəhlizinin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Zirvə görüşünün “Mərkəzi Asiya +Azərbaycan” formatında Azərbaycanın tam hüquqlu üzv qismində formata qoşulmasına dair tarixi qərar qəbul edildi. Azərbaycan bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Artıq Azərbaycan Cənubi Qafqaz ölkəsi olmaqla yanaşı, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında qurulan münasibətlər daha da dərinləşəcək.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir