Prezident İlham Əliyev Davosda bir sıra yüksək səviyyəli görüşlər keçirib
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda bir sıra yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə iqtisadi əməkdaşlıq, investisiya imkanları və regional layihələr əsas müzakirə mövzusu olub.
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənəd Fondun qlobal investisiya platformalarına çıxış imkanlarını genişləndirməyi və “Brookfield” tərəfindən idarə olunan fondlara 3-4 il ərzində ümumilikdə 1,4 milyard ABŞ dollarına qədər kapital qoyuluşu imkanlarını nəzərdə tutur. Görüşdə enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələrdə investisiya imkanları müzakirə olunub.
Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib. Hər iki tərəf qarşılıqlı rəsmi səfərlərə dəvət verib və dəvətlər məmnuniyyətlə qəbul olunub.
Davosda İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla da görüşüb. Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, enerji və regional nəqliyyat layihələri, humanitar minatəmizləmə və Naxçıvan dəmir yolu xəttinin bərpası kimi məsələlər müzakirə olunub. Marta Kos Azərbaycanın bu sahələrdəki fəaliyyətinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşlərdə ölkəmizin investisiya və əməkdaşlıq potensialının daha da genişləndirilməsi, regional sabitlik və iqtisadi inkişaf üçün perspektivlərin artırılması əsas diqqət mərkəzində olub/yenifikir.media

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir