Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Liderlərin danışığında hər iki ölkə arasındakı ikitərəfli münasibətlər və regiondakı aktual məsələlər müzakirə olunub.
Prezident Ərdoğan İranda baş verən hadisələri yaxından izlədiyini bildirərək, Türkiyənin İranın sülh və sabitliyinə böyük önəm verdiyini qeyd edib. O, Türkiyənin İranla bağlı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını da vurğulayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

