Polşa Silahlı Qüvvələri ölkənin hava məkanına yaxın beynəlxalq sular üzərində uçan Rusiya kəşfiyyat təyyarəsinin Polşa döyüş təyyarələri tərəfindən qarşısının alındığını bildirib. Açıqlamada Belarusiya istiqamətindən gələn obyektlərin aşkarlandığı, onların küləyin təsiri ilə sürüklənən qaçaqmalçılıq balonları ola biləcəyi qeyd olunub. Təhlükəsizlik məqsədilə Podlasye bölgəsi üzərində hava məkanının bir hissəsi müvəqqəti bağlanıb.Rəsmilər hava məkanına hər hansı təhlükə olmadığını vurğulayıblar.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

