Polşa Prezidenti Karol Navrotski Polşada məskunlaşan işsiz ukraynalılara sosial yardım və pulsuz tibbi xidmət təmin edən qanun layihəsini rədd edib. Yenifikir.media xəbər verir ki, bu barədə prezident mətbuat konfransında açıqlama verib.
Navrotski vurğulayıb ki, Polşa ukraynalı qaçqınlara dəstək verməyə və onlara sığınacaq təqdim etməyə davam edəcək. Lakin son üç ilə yarım ərzində vəziyyət dəyişib və qanunlarda müvafiq düzəlişlərin edilməsi zərurəti yaranıb.
“Bütün siyasi qruplar bildirir ki, ‘800+’ yalnız işləyən vətəndaşlara şamil olunmalıdır. Masamda olan qanun layihəsi bu tələbi yerinə yetirmir. Mən mövqeyimi dəyişmirəm və əminəm ki, ‘800+’ yalnız işləyən ukraynalılara verilməlidir”, – deyə Navrotski “Vedomosti” qəzetinə açıqlamasında bildirib.
Prezident alternativ qanun layihəsi təqdim edib. Layihəyə əsasən, sosial yardım və pulsuz tibbi xidmət yalnız Polşada qanuni işləyən və dövlət büdcəsinə vergi ödəyən şəxslərə veriləcək.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Polşa milyonlarla ukraynalı qaçqına sığınacaq verib, rejim təsdiqləyib, buna pulsuz tibbi xidmət və uşaqlar üçün aylıq “800+” (800 zloti və ya təxminən 200 dollar) müavinəti də daxildir.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin