Polşa Baş naziri Donald Tusk bildirib ki, Polşa hökuməti 25 sentyabrda Belarusla sərhədi yenidən açacaq. Yenifikir.media bildirir ki,sərhəd rus-belarus təlimləri “Qərb-2025” səbəbindən 12 sentyabrda bağlanmışdı. Tusk deyib: “Biz sərhəd keçidlərini, dəmiryolu və avtomobil körpülərini təlimlər bitdikdən sonra yenidən açmaq qərarı verdik.”
“Qərb-2025” təlimləri 12–16 sentyabrda Belarusda keçirilib. Polşa sərhədin açılma vaxtını vəziyyətə baxaraq qərarlaşdıracağını demişdi. Rusiya bu qərarı qarşıdurmaçı sayır, Belarus isə Polşanın addımına etiraz edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin