Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun ssenari müəllifi olduğu polkovnik Vəlibəy Yadigarov haqqında filmin təqdimatı keçirilib. Mərasimdə respublikanın tanınmış ziyalıları, ictimai və siyasi xadimlər iştirak ediblər.

Çıxış edən natiqlər Azərbaycanın hərb tarixində silinməz izlər qoymuş Yadigarovlar nəslinin fəaliyyətindən söz açaraq, onların tarixi xidmətlərini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Filmin rejissoru Tahir Tahiroviç,ideya müəllifi Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri, Tbilisidən olan ictimai-siyasi xadim Həsən Həsənov, məsləhətçi Samir Rzayev,ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir