Daxili İşlər Nazirliyi ölkə üzrə qanunsuz odlu silahların aşkarlanmasına yönəlmiş tədbirləri davam etdirir.
Noyabrın 18-də keçirilən əməliyyatlar zamanı paytaxtda və bölgələrdə müxtəlif növ silah və sursat üzə çıxarılıb. Polis əməkdaşları 7 avtomat silahı, 1 tapança, 1 pulemyot, 8 tüfəng, 2 patron darağı və 410 müxtəlif çaplı patronu müsadirə edib.
Nazirlik açıqlamasında bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində belə əməliyyatlar mütəmadi olaraq həyata keçiriləcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

