Polis Akademiyasının əməkdaşları paytaxt və regionlarda yerləşən orta məktəblərdə müəllim və IX–XI sinif şagirdləri ilə növbəti maarifləndirici görüşlər keçiriblər.

Görüşlər zamanı şagirdlərə Akademiyada mövcud təhsil imkanları, tədris prosesi və ixtisaslar, qurumun tarixi, Daxili İşlər Nazirliyində xidmətin üstünlükləri, eləcə də yataqxana, geyim təminatı və sosial imkanlarla bağlı ətraflı məlumat verilib. Akademiyada tətbiq olunan müasir tədris texnologiyaları haqqında da geniş təqdimat olunub.

Tədbirlər çərçivəsində “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarına qəbul qaydaları izah edilib, videoçarxlar nümayiş etdirilib və şagirdlərə məlumatlandırıcı lifletlər təqdim olunub.

Görüşlər məktəblilərin böyük marağına səbəb olub, onların sənəd qəbulu və digər sualları Akademiya nümayəndələri tərəfindən cavablandırılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir