Bu gün Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verib. Hadisə binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin mətbəxində və dəhlizində başlayıb. Yanar konstruksiyalar 23 m² sahədə ziyan görüb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, mənzilin qalan hissəsi yanğından qorunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gizli qəhrəmanlar statusunu qazanan yanğınsöndürənlər insan həyatı və əmlakını qorumaq üçün təhlükəli anlarda fədakarlıq göstərərək cəsur və misilsiz xidmətlərini bir daha nümayiş etdirdilər.




© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

