Kremlin sözçüsü Dmitriy Peskov Ukraynanın iddia olunan PUA hücumunu “danışıqları pozmaq üçün terror aktı” adlandırıb.
Peskov bildirib ki, Rusiya danışıqlardan çəkilməyəcək, amma mövqeyini sərtləşdirəcək. “Rusiya ordusu Ukrayna hücumuna necə və nə vaxt cavab verəcəyini bilir” – deyə o fikrinə əlavə edib. Peskov həmçinin vurğulayıb ki, bu hücum Rusiya ilə ABŞ arasındakı dialoqa təsir etməyəcək və görüşlər davam edəcək. Prioritet ABŞ ilə əlaqələr olacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

