Kremlin sözçüsü Dmitri Peskov NATO hərbçilərinin Ukraynada yerləşdirilməsinin Rusiya üçün qəbuledilməz olduğunu bildirib.O, Rusiyanın sülh yolu ilə həllə açıq olduğunu, lakin bunun mümkün olmadığı halda Ukraynada hərbi əməliyyatları davam etdirəcəyini deyib.
Peskov Finlandiya Prezidenti Aleksandr Stubbun Ukraynanın Rusiyaya PUA hücumlarını dəstəkləyən açıqlamalarını da tənqid edib. Onun sözlərinə görə, Stubb son günlər “militarist mövqe” nümayiş etdirir.
Kremlin sözçüsü Donbasda üçüncü tərəfin nəzarətində bufer zona yaradılması təklifinə də qarşı çıxıb və Donbasın Rusiyanın ərazisi olduğunu bildirib
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

