Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putinin nüvə sınaqlarına hazırlıq göstərişinə cavab verməyib.
Peskov Qərb mediasının mövzuya “emosional və təhrif olunmuş” şəkildə yanaşdığını deyib. “Bu, Qərbdə yayılan antirusiya isteriyası ilə üst-üstə düşür,” – o bildirib.
NATO Baş katibi Mark Ruttənin sözlərinə cavab verən Peskov əlavə edib: “NATO nə dinləyir, nə də anlayır. Dinləsələr, anlayacaqlar.”
O həmçinin qeyd edib ki, ABŞ–Mərkəzi Asiya sammiti adi formatdır və Rusiya da region ölkələri ilə əməkdaşlığı davam etdirir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

