Artan avtomobil sayı, pik saatlarda yaranan uzun tıxaclar və ictimai nəqliyyatda, xüsusilə avtobuslarda müşahidə olunan uzun intervallar sakinlərin gündəlik gediş-gəlişini çətinləşdirir. İnsanlar işə, məktəbə və digər ünvana vaxtında çatmaqda çətinlik çəkir, yaranan vəziyyətdən narazılıq edirlər. Bu isə həm şəhərdə rahat hərəkət imkanlarını məhdudlaşdırır, həm də sosial gərginliyi artırır.

Jurnalist Ömər Dağlı da bu məsələ ilə bağlı öz “Facebook” səhifəsində paylaşım edib. O, 5 nömrəli avtobusun gecikməsindən söz açaraq, səbəbi öyrənmək istəyəndə sürücünün kobud cavabı ilə qarşılaşıb.

Ömər Dağlının paylaşımından:

“AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, avtobus sürücülərini işə götürərkən onların davranış və psixoloji vəziyyətinə diqqət yetirmirsinizmi? Yarım saat intervalla gələn avtobusa “niyə gec gəlirsiniz?” sualını vermək və yüksək xidmət tələb etmək sərnişinin haqqıdır. Bəs sürücünün sərnişinə “əcəb edirəm” cavabını verməyə haqqı varmı? Bu nə tərbiyəsizlikdir? Belə hallar cəzalanmasa, deməli, sürücülərə bu ixtiyarı AYNA özü verir.”

Jurnalist, həmçinin həmin sürücünün idarə etdiyi avtobusun fotosunu paylaşıb.

 

Qeyd edək ki, “BakuBus” sürücülərinin sərnişinlərlə kobud rəftarı ilə bağlı şikayətlər tez-tez gündəmə gəlir. Bəzən avtobusların dayanacaqlarda saxlamaması və yay aylarında kondisionerlərin işlədilməməsi kimi hallar da sərnişinlərin narazılığına səbəb olur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir